Rusiyada fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstənin rəhbərlərindən biri Türkiyədə saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində yazıb.
Nazir bildirib ki, qruplaşmanın rəhbərlərindən biri Şamil Əmirov İstanbulun Sarıyer səmtində "Qəfəs-15" əməliyyatı zamanı ələ keçirilib.
O, qeyd edib ki, Ş.Əmirov dələduzluqda ittiham olunaraq İnterpol xətti ilə axtarışa verilib.
Bizim.Media