Filippin sahillərində 7,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanların episentri təxminən 10,6 min nəfər əhalisi olan Taqbina bələdiyyəsindən 19 kilometr şimal-şərqdə yerləşib.
Eyni zamanda ABŞ Sunami Xəbərdarlığı Sistemi sunami təhlükəsi barədə xəbərdarlıq edib.
Bizim.Media