“Bizim Ermənistanla Fransanın birgə hazırladığı anti-Rusiya layihəsi bardə bir müddət əvvəl dediklərimiz öz təsdiqini tapıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış rusiyalı jurnalist, “Daily Storm” nəşrinin təsisçisi və Dövlət Duması sədri Vyaçeslav Volodinin keçmiş müşaviri Anastasiya Kaşevarova səsləndirib.
O bir müddət əvvəl “Zerqulio” hərbi kanalının efirindən səsləndirdiyi fikirləri xatırladıb:
“Demişdim ki, Ermənistanın Müdafiə naziri Papikyanın Fransaya son səfəri zamanı Fransa Müdafiə Nazirliyi ilə Rusiyaya qarşı sövdələmə aparılıb. Razılaşdırlıb ki, Ermənistandan və Qarabağdan qovulan hərbçilər Fransada hərbi təlimlərə cəlb olunsun. Daha sonra isə onlar Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilsin”.
Anastasiya Kaşevarova onu da bildirib ki, o zaman Ermənistandakı mənbələr bu informasiyanın feyk olduğunu bildiriblər:
“Amma mənim dediklərim sübut olundu ki, bu həqiqətdir. Apardığımız araşdırmalardan sonra biz bu məsələ ilə bağlı konkret foto və videofaktlar əldə etdik.
Bizə daxil olan məlumatlarda Fransada hərbi təlimlərə cəlb olunan bəzi erməni muzdluları bildirdilər ki, guya onlar Rusiyaya qarşı döyüşmək istəməyiblər:
“Amma bu bir əmrdir. Və bizlərdən heç kim əmrə qarşı çıxa bilməz”.
Rusiyalı jurnalist bir məsələ barədə təəssüfünü də dilə gətirib:
“Bu günlərdə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bəyan etdi ki, Ermənistan bizim strateji müttəfiqimizdir. Ona görə də Paşinyanın kursunu dəstəkləyəcəyik. Bu ola bilsin ki, diplomatik gedişdir. Amma baş verənlərin fonunda bu cür yanaşma doğru deyil”.
Surxay Atakişiyev, Bizim.Media