Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb.
Bizim.Media xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkanın cənub-şərqindəki kraterdən güclü lava axını müşahidə edilib.
Bölgədə çox sayda vulkanik zəlzələ baş verib.
Zəlzələ dəniz səviyyəsindən təxminən 2900 metr yüksəklikdə yerləşən cənub-şərq kraterinin ərazisi ilə məhdudlaşıb. Vulkanın ətəyindəki yaşayış məntəqələrinə kül və toz dumanı yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media