İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağı üzərində uçuş həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirik video görüntülər paylaşıb.
“HƏMAS yalnız öz gücünü düşünür, lakin biz müharibənin məqsədlərinə – hərəkatın məhv edilməsinə və əsirlərin öz evlərinə qaytarılmasına nail olana qədər onu məhv etməyə davam edəcəyik”, - deyə Qallant bildirib.
Qeyd edək ki, nazir bu gün “Tel Nof” hərbi bazasından uçuş həyanat keçirib və döyüş helikopterindən hava qüvvələrinin hücumları dalğasını müşahidə edib.
Bizim.Media