Finlandiya Rusiya ilə sərhədyanı əməkdaşlıq sazişini LƏĞV ETDİ

Hazırda oxunan: Finlandiya Rusiya ilə sərhədyanı əməkdaşlıq sazişini LƏĞV ETDİ

166905

Finlandiya hökuməti Rusiya ilə sərhədyanı əməkdaşlıq sazişini ləğv edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında bəyan edilib.

Finlandiya hökuməti oktyabrın 25-də bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən nota aldığını bəyan etmişdi.

Qeyd edək ki, Finlandiya ilə 2024-cü il yanvarın 24-də qüvvəyə minəcək transsərhəd əməkdaşlığın təşviqinə dair sazişə xitam verilməsi haqqında sərəncam oktyabrın 20-də Rusiyanın Baş naziri Mixail Mişustin tərəfindən imzalanıb.
Xatırladaq ki, Finlandiya daha əvvəl Rusiya ilə sərhəddəki 9 keçid məntəqəsindən səkkizini bağlamaq qərarına gəlmişdi. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin