Qazaxıstan Fransa qırıcılarından İMTİNA ETDİ

Hazırda oxunan: Qazaxıstan Fransa qırıcılarından İMTİNA ETDİ

166880

Qazaxıstan Fransanın “Rafale” qırıcılarını almağı planlaşdırmır.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanının silahlanma üzrə müavini Erjan Nildibayev bildirib.

O, jurnalistlərin Fransanın "Dassault Aviation" aviaşirkətinin hazırladığı "Rafale" qırıcılarının Qazaxıstana mümkün tədarükü ilə bağlı sualını cavablandırıb:

Bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmayıb. Bizim belə planımız yoxdur".

Qeyd edək ki, noyabrın əvvəlində “La Tribune” nəşri Qazaxıstan və Özbəkistanın Fransanın “Rafale” qırıcıları ilə maraqlandığını və təyyarələrin tədarükü ilə bağlı mümkün müzakirələrin aparıldığını bildirib.

Nəşr yazır ki, hərbi təyyarələrin tədarükü Fransa prezidenti Emmanuel Makronun noyabrın əvvəlində Astana və Daşkəndə səfəri zamanı müzakirə mövzularından biri olub.​

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin