NATO Alyansa üzvlüyə dair Ukraynaya tövsiyələr verib

Hazırda oxunan: NATO Alyansa üzvlüyə dair Ukraynaya tövsiyələr verib

166719

“Ukraynanın NATO-ya üzvlüyünü müzakirə etdik və Ukraynada olacaq ilkin islahatlar üzrə tövsiyələrimizi verdik. Buraya korrupsiyaya qarşı mübarizə və insanların hüquqlarının dəstəklənməsi də aiddir. Ukrayna hazırda NATO-ya həmişə olduğundan daha yaxındır. Biz onun azadlıq uğrunda mübarizəsini və NATO-ya yolunu bundan sonra da dəstəkləyəcəyik”.

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında məlumat verib.

Stoltenberq qanunvericiliyə müəyyən dəyişikliklərin qəbul edildiyini vurğulayıb

“Təhlükəsizlik sahəsində də dəyişikliklər baş verir və Ukrayna kəşfiyyat üzrə öz strukturlarını müasirləşdirir. Korrupsiyaya və terrorizmə qarşı mübarizədən danışsaq, bu, Ukrayna üçün mühümdür. Axı bu, təcavüzkar ölkə kimi təkcə Rusiyaya qarşı mübarizə aparmağa deyil, həmçinin daha güclü dövlətə çevrilməyə imkanı verir. Bu, həm də NATO-ya daha yaxın olmağa kömək edir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin