Rusiyanın Federal Təhlükəsizlik Xidməti Voronej hərbi komissarlığında terror aktı törətmək istəyən şəxsi saxlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bir nəfər rusiyalı kustar üsulla hazırlanmış partlayıcı qurğu ilə komissarlığı partlatmaq, sonra isə Ukrayna Silahlı Qüvvələrinin tərəfində Rusiyaya qarşı döyüşmək istəyib.
Onun barəsində terror aktına hazırlıq və partlayıcı qurğuların qanunsuz istehsalı və saxlanması maddələri ilə cinayət işi açılıb.
Bizim.Media