HƏMAS qruplaşmasının liderləri amerikalı milyarder İlon Maskı fələstinlilərə qarşı cinayətlərin miqyasını görmək üçün Qəzza zolağına səfərə dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Sami Əbu Zuhri məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
HƏMAS israilli girovların 5-ci qrupunu BQXK-ya TƏHVİL VERDİ
Qeyd edək ki, Mask ötən gün İsrailə səfər edib. Orada ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Netanyahu Maskı oktyabrda HƏMAS tərəfindən hücuma məruz qalan cənub yaşayış məntəqələrinə aparıb.
Bizim.Media