Rusiyanın Barnaul şəhərində ukraynalı kuratorun göstərişi ilə terror aktı törətməyi planlaşdıran Ukrayna millətçi təşkilatının tərəfdarı saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadən yayıb.
"Terror fəaliyyətini həyata keçirmək məqsədi ilə açılan cinayət işi çərçivəsində Ukraynanın “Etnik Milli Birlik” millətçi təşkilatının üzvünün fəaliyyəti dayandırılıb”. Açıqlamada deyilir.
Kəşfiyyat xidmətinə görə, Barnaul şəhərində yerli sakin, 2000-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı tutulub. Onun məqsədi müsəlmanların toplaşdığı yeri (məscidləri), həmçinin dövlət orqanlarını partlatmaq olub.
Axtarışlar zamanı ondan partlayıcı maddələr, bomba düzəltmək üçün təlimatlar, ekstremist ədəbiyyat ələ keçirilib. Telefonunda Ukrayna kuratoruna göndərilən "cinayət müdaxiləsi obyektlərinin kəşfiyyat fotoları" tapılıb.
Saxlanılan şəxs cinayətin hazırlandığını etiraf edib. Onun ifadəsinə görə, bu ilin fevral ayında "miqrasiya sahəsində dövlət siyasətindən narazılığına görə" təşkilatın nümayəndəsi ilə özü əlaqə qurub.
Mart ayının əvvəlində ona hücumlar üçün hədəfləri toplamaq və sonra isə əhalini qorxudan yanğın törətmək tapşırığı verilib.
Ukrayna ekstremistləri təbliğatlarını Telegram, VKontakte və Instagram vasitəsilə həyata keçirirlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:21 / 02.04.2021
Məscidi partlatmaq istədi – Kəşfiyyatçılar ələ keçirdi
Hazırda oxunan: Məscidi partlatmaq istədi – Kəşfiyyatçılar ələ keçirdi
Hazırda oxunan: Məscidi partlatmaq istədi – Kəşfiyyatçılar ələ keçirdi
16624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.