Moskvada “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti bərpa edilib.
Bizim.Media xəbər verir ki, hava limanlarına təyyarələr enməyə başlayıb, artıq bir uçuş həyata keçirilib.
Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı. Hava hücumundan müdafiə sistemləri PUA-ları zərərsizləşdirib.
*** 08:20
Rusiyanın “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınıb.
Belə ki, ümumilikdə 7 reys təxirə salınıb, daha üçü ləğv edilib.
Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı.
Bizim.Media