Taliban Moskvaya ETİRAZ NOTASI göndərib

Hazırda oxunan: Taliban Moskvaya ETİRAZ NOTASI göndərib

166003

Talibanın sözçüsü Zabihullah Mücahid Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsudun iştirakı ilə noyabrın 23-də keçirilən “Əfqanıstan keçmişlə gələcək arasında” konfransına etiraz edib.

Bizim.Media xəbər verir ki,Taliban əleyhinə olan görüşə cavab olaraq, Zabihullah Mücahid bildirib ki, "bu konfransın regional və qonşu ölkələr tərəfindən keçirilməsi əfqanlar arasında parçalanma yaratmaq kimi qiymətləndirilir".

O, daha sonra bəyan edib ki, bəzi ölkələr hərbi əməliyyatları canlandırmaq istəyir və Rusiya digər ölkələrin işlərinə qarışmamalıdır:

"Bu, pis addımdır  və buna görə də Rusiyaya etiraz notası göndərilib".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin