HƏMAS tərəfindən azad olunan israilli girovlar Misirə gətiriliblər.
Bizim.Media xəbər verir ki, burada onları İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) əməkdaşları qarşılayıb.
Qeyd edək ki, əsir mübadiləsi razılaşması çərçivəsində HƏMAS 13 israillini azad edib.
Bununla yanaşı ümumi mübadilə müqaviləsinə daxil edilməyən 12 Tayland vətəndaşı da HƏMAS tərəfindən azad edilib.
Xatırladaq ki, İsrail Ordusu və HƏMAS arasında əldə olunmuş atəşkəs razılaşması noyabrın 24-də yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 09:00) səhər qüvvəyə minib. Atəşkəs razıılaşmasına əsasən 4 gün ərzində ümumilikdə 50 nəfər girov əsirlikdən azad ediləcək.
Bizim.Media