“Google”x9d şirkətinin dahisi hesab edilən və gələcəyi araşdıran mütəxəssis kimi bütün dünyada tanınan Ray Kuzvel bəşəriyyətin dönüş nöqtəsinin yaşanacağı zamanı qeyd edib.xa0
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Kuzvel gələcəkdə yaşanacaq dəyişiklikləri birmınalı şəkildə nonorobotların adı ilə bağlayır. Onun sözlərinə görə, insanların beyninə yerləşdiriləcək robotlar birbaşa sinir sisteminə nəzarət edəcək. Həmçinin, xərçəngin müalicəsi və tamamilə aradan qalxması üçün də nonorobotarın müstəsna xidmətləri olacaq.xa0
Lakin Kuzvelin ən çox önəm verdiyi il 2045-ci ildir. Cəmi 18 ildən sonrakı zaman müddətini Kuzvel bəşəriyyətin dönüş xa0nöqtəsi adlandırır. Onun sözlərinə görə, 2045-də bəşəriyyətə tamamilə süni-zəka nəzarət edəcək. O ildən sonra dünyaya gələcək insan irqinin indikilərdən tamamilə fərqlənəcəyini də qeyd edib. Alimə görə 2045-dən etibarən, insan zehninə süni zəkanın bəzi elementlərini yerləşdirmək mümkün olacaq. Həmçinin, kompüterilərə də əlavə intellekt yükləmək mümkünləşəcək. Bu məsələ ilə bağlı məşhur fizik Stefan Hokinqin də fikirləri eynidir. Lakin o kompüterlərə əlavə süni zəkanın yerləşdirilməsi üçün 2045-ci ilin tez olduğunu bildirib.
2045-ci ildən sonra meydana çıxacaq əsas məsələ ilə insanların fiziki baxımdan cılız olması faktıdır. Çünki tamamilə züni zəka və nanorobotlara diqqət edən bəşəriyyət bioloji baxımdan zəifləyəcək.
Elmin Nuri
































































































