İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Dohada HƏMAS hərəkatının lideri İsmayıl Həniyə ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, Abdullahia və Həniyə Qəzza zolağındakı vəziyyəti, eləcə də İsrail və HƏMAS arasında humanitar atəşkəs və Fələstin anklavında saxlanılan bəzi girovların azad edilməsinə dair razılaşmanı müzakirə ediblər.
Görüşün başqa təfərrüatları barədə məlumat verilməyib.
Bizim.Media