Ərdoğan G20-nin müqəddəs kitablara qarşı təxribatları qınamasını TƏQDİR EDİB 

Hazırda oxunan: Ərdoğan G20-nin müqəddəs kitablara qarşı təxribatları qınamasını TƏQDİR EDİB 

165666

“Son sammitimiz qlobal problemlərin həllində G20-nin aparıcı rolunu bir daha təsdiqlədi. Bizim də güclü şəkildə dəstəklədiyimiz Afrika Birliyinin daimi üzvlüyü ilə G20-nin təsir dairəsi daha da artdı”.  

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20-nin liderlər toplantısında videokonfrans vasitəsilə çıxışı zamanı deyib. 

“Müqəddəs kitabları hədəf alan təxribatların G20 Bəyannaməsində qınanmasını son dərəcə düzgün hesab edirik”, - deyə Ərdoğan vurğulayıb. 

Dünyadakı mövcud geosiyasi gərginlik, beynəlxalq ticarətdəki proteksionizm meyilliliyi, iqlim dəyişikliyi və ekoloji problemlər kimi bir sıra amillər səbəbindən qlobal artımın yavaşlamağa başladığını deyən Ərdoğan inkişafın əsas təməllərindən birinin də cəmiyyətin bütün üzvlərini bu mübarizənin bir hissəsinə çevirmək olduğunu vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin