Stoltenberq: “NATO Balkan regionunda hər hansı hərbi təhlükə görmür”

Hazırda oxunan: Stoltenberq: “NATO Balkan regionunda hər hansı hərbi təhlükə görmür”

165659

“NATO Balkan regionunda hər hansı hərbi təhlükə görmür, lakin ehtiyatlı və vahid mövqedədir. Alyans hadisələri diqqətlə izləyir və hər bir müttəfiqini hərbi təhdidlərdən qorumağa hazırdır”. 

Bizim.Media xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ilə görüşü zamanı bildirib. 

Qeyd edək ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə NATO ilə müttəfiqlik edən region ölkələrinin rəhbərlərinin sammiti keçirilib.

Sammitdə Yens Stoltenberq və Dimitar Kovaçevski ilə yanaşı, Albaniyanın Baş naziri Edi Rama, Monteneqronun Baş naziri Miloyko Spayiç və Xorvatiyanın Baş naziri Andrey Plenkoviç iştirak ediblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin