Rusiyalı aktrisa Polina Menşix Donetskdə Ukrayna Silahlı Qüvvələrinin “HIMARS” raketlərindən açdığı atəş nəticəsində həlak olub.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə noyabrın 19-da Starobeşevsk rayonunun Kumaçevo yaşayış məntəqəsində yerləşən mədəniyyət mərkəzində baş verib.
40 yaşlı aktrisa zalda konsert zamanı atəşə məruz qalaraq ölüb. O həmin vaxt hərbi qulluqçular qarşısında konsert proqramı ilə çıxış edirmiş.
Sosial şəbəkələrdə hücum anını əks etdirən video yayılıb.
Qeyd edək ki, rusiyalı ifaçı Polina Menşix, həmçinin “Nejen” teatrının direktoru, xoreoqraf, rejissor və dramaturq idi.
Bizim.Media