İsraillə razılaşma əldə edilərsə, HƏMAS-ın azad edəcəyi girovlar uşaqlar olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.
Azad edilən girovlar arasında İsrail vətəndaşları və ikili vətəndaşlığı olan şəxslər də yer alacaq.
Bundan əvvəl NBC telekanalı bildirmişdi ki, İsrail və HƏMAS nümayəndələri girovların azad edilməsi ilə bağlı ilkin razılığa gəliblər. İndi İsrail hakimiyyəti bunu təsdiqləməlidir.
İlkin razılaşma Fələstinin radikal HƏMAS hərəkatının saxladığı 50 qadın və uşağın 150-yə yaxın fələstinli məhbusla dəyişdirilməsini nəzərdə tutur. Ancaq hələ ki, sayla bağlı dəqiqləşdirmə aparılır.
Həmçinin, razılaşmaya əsasən, tərəflər 4-5 gün müddətinə atəşkəs və Qəzza zolağına yanacağın çatdırılmasını elan edə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:05 / 22.11.2023
HƏMAS-ın azad edəcəyi girovların hamısı uşaq olacaq - CNN
Hazırda oxunan: HƏMAS-ın azad edəcəyi girovların hamısı uşaq olacaq - CNN
Hazırda oxunan: HƏMAS-ın azad edəcəyi girovların hamısı uşaq olacaq - CNN
165525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.