Rusiya və Gürcüstan sərhədində yerləşən “Verxniy Lars” keçid məntəqəsində pis hava şəraiti ilə əlaqədar 6 km uzunluğunda tıxac yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Məlumata görə, həmçinin Gürcüstanın Ermənistan və Türkiyə ilə sərhədə gedən yollarında qar və buzla əlaqədar nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Qeyd edilib ki, bu yollarda qoşqulu, yarımqoşqulu avtonəqliyyat vasitələrinin və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağandır.
Bizim.Media