Oktyabrın 7-də HƏMAS yaraqlıları tərəfindən Qəzza zolağında əsir götürülən girovların qohumları hökumətin hərəkətlərinə etiraz etmək üçün Təl-Əvivdən Qüdsə doğru yürüş edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Onların İsrailin baş naziri Benyamin Netanyahunun iqamətgahı qarşısında aksiya keçirəcəyi gözlənilir. Aksiya girovların qaytarılması ilə bağlı hökumətə təzyiqi artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, aksiya iştirakçıları artıq Təl-Əvivdən yola düşüblər, Qüdsə qədər olan məsafə isə təxminən 70 kilometr təşkil edir.
Bizim.Meda