Kremldən Finlandiyaya SƏRT CAVAB – “Bu, böyük səhvdir” 

Hazırda oxunan: Kremldən Finlandiyaya SƏRT CAVAB – “Bu, böyük səhvdir” 

164914

“Finlandiya Rusiya ilə qarşıdurma yolunu seçib. Kremlin nöqteyi-nəzərindən bu, böyük səhvdir”.

Bizim.Media “TASS”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

“Kremlin Finlandiyanın Rusiya ilə sərhəddəki sərhəd-keçid məntəqələrini bağlamaq qərarını şərh edən Peskov bu addımdan təəssüfləndiyini bildirib: 

"Finlandiya hakimiyyətinin ikitərəfli münasibətləri pozmaq yolunu tutmasına görə yalnız dərin təəssüf hissi ifadə edə bilərik. Bizim Finlandiya ilə hər zaman faydalı, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz olub. Müasir tarixdə Rusiya Finlandiyanı heç vaxt təhdid etməyib, bizim heç bir qarşıdurma üçün əsasımız olmayıb. İndi isə onlar bu yolu seçiblər. Bizim nöqteyi-nəzərimizdən bu böyük səhvdir”. 
Qeyd edək ki, noyabrın 17-də Finlandiya Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamağa hazırlaşdıqlarını bildirən məlumat yayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin