BMT İranla bağlı qətnaməni TƏSDİQLƏDİ 

Hazırda oxunan: BMT İranla bağlı qətnaməni TƏSDİQLƏDİ 

164734

BMT Baş Assambleyanın Üçüncü Komitəsi “İran İslam Respublikasında insan haqlarının vəziyyəti” adlı qətnaməni səs çoxluğu ilə qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytı məlumat yayıb. 

Qətnamə İranda qadın və qızlara qarşı ayrı-seçkilik, təqiblərə və bir sıra digər insan hüquqlarının pozuntularını nəzərdə tutur. 

Qətnamə 80 lehinə, 29 əleyhinə səslə təsdiqlənib. 

Rusiya, Belarus, Suriya və Şimali Koreya da daxil olmaqla bir çox ölkə isə əleyhinə səs verənlər siyahısında olub. 

Digər 65 ölkə bitərəf qalıb. Onlar arasında Səudiyyə Ərəbistanı, Misir və Cənubi Afrika yer alıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin