Slovakiyada daşıyıcılar Ukraynaya görə SƏRHƏDİ BAĞLADILAR 

Hazırda oxunan: Slovakiyada daşıyıcılar Ukraynaya görə SƏRHƏDİ BAĞLADILAR 

164712

Slovakiyadakı TIR sürücüləri Ukrayna yük maşınları üçün Aİ qaydalarının liberallaşdırılmasına qarşı çıxaraq, Ukrayna ilə sərhədi bir saat ərzində tamamilə bağlayıblar. 

Bizim.Media xəbər verir ki, slovakiyalılar “Brüssel vəziyyəti həll etməsə”, Ukrayna ilə sərhədi tamamilə bağlayacaqlarını bildiriblər. 

“Məqsədimiz Polşalı həmkarlarımızı, eləcə də Aİ daxilindəki bütün daşıyıcıları dəstəkləməkdir. Biz Avropa Komissiyasını Ukrayna avtomobilləri üçün nəqliyyat icazələrini dərhal tətbiq etməyə çağırırıq, çünki Avropa şirkətləri müştərilərini itirirlər və onlarla rəqabət apara bilmirlər”, - deyə Slovakiya Avtomobil Daşıyıcıları İttifaqının prezidenti bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin