Avropanın peyvənd kampaniyası gecikmələrə məruz qalıb və bir çox ölkədə infeksiya sayı artır.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.
Mənbə yazır ki, hökümətlər üçüncü dalğaya qarşı addım atdıqları üçün qapanmalar yenidən qüvvəyə minir.
Fransada üçüncü qapanmanın olacağı gözlənilir, ölkədə yeni məhdudiyyətlər tətbiq olunacaq.
Məktəblər gələn həftə bağlanacaq və ən azı 26 aprelə qədər distant təhsilə keçiləcək. Ölkə daxilində vacib olmayan mağazaların da bağlanacağı deyilir.
İnsanlara evlərindən 10 km məsafədə açıq havada idman etməyə icazə veriləcək, lakin üzürlü bir səbəb olmadığı təqdirdə ölkənin digər bölgələrinə səyahət edə bilməzlər.
Əvvəlki qapanmalarda olduğu kimi evlərini hansı səbəbə görə tərk etdiklərini izah etmək üçün bir forma doldurmalı olacaqlar.
Saat 19:00- 06:00 arasında ölkə daxilində kommendat saatı tətbiq olunacaq.
Xəyalə Həsənova, Bizim.Media
- A-
- A
- A+
Dünya
12:33 / 01.04.2021
COVİD-19: Avropa ölkələri pandemiya ilə necə mübarizə aparır? – FRANSA QAPANIR
Hazırda oxunan: COVİD-19: Avropa ölkələri pandemiya ilə necə mübarizə aparır? – FRANSA QAPANIR
Hazırda oxunan: COVİD-19: Avropa ölkələri pandemiya ilə necə mübarizə aparır? – FRANSA QAPANIR
16462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.