Qondarma “Donetsk Xalq Respublikası”nın milli polisi 1 aprel səhəri Ukrayna ordusunun Donetsk ətrafını atəşə tutduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Kremldən NARAHATLIQ: Donbasda yenidən müharibə başlaya bilər
Mənbə yazır ki, atışma səhər saat 6:40-da qeydə alınıb. Aleksandrovka qəsəbəsi hücuma məruz qalıb. 6 LNG əl bombası oraya düşüb, evin damı zədələnib, ancaq heç kim zərər görməyib.
Xatırladaq ki, fevral ayının sonundan etibarən Donbasdakı münaqişə tərəfləri bir-birlərini yeni hərbi əməliyyatlar başlatmaqda günahlandırırlar.
Xüsusilə, Rusiya Kiyevi münaqişənin böyüməsini dayandırmağa çağırır.
Bizim.Media