ABŞ Prezidenti Co Baydenin oğlu Hunter xatirələrində Ukraynanın “Burisma” qaz şirkətində işləyərkən aldığı pulu narkotikə və alkoqola xərclədiyini söyləyib.
Bizim.Media xəbər verir ki, bu barədə kitabın bir nüsxəsini alan “Washington Post” nəşri məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da ticarət kompleksində atışma: 4 nəfər öldü
Kiçik Biden "Gözəl əməllər" kitabında ömrünün bu hissəsində çox əziyyət çəkdiyini yazır.
Qəzet kitabdan həmin hadisələrlə bağlı sitat gətirib:
"Beş ildə iyirmi il davam edən evliliyim pozuldu, tapançalar üzümə dirəndi, bir anda tamamilə yox oldum, moteldə yaşadım”.
Xatırladaq ki, Hunter Bayden “Burisma” şirkətində məsləhətçisi olaraq çalışıb və ayda 50.000 dollar qazanıb.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları şübhə edirlər ki, Hunter lobbi işində atasının xidmətindən yaralanıb.
Bundan əlavə, iddiaya görə, Co Bayden “Burisma”ya qarşı istintaqa rəhbərlik edən Baş Prokuror Viktor Şokinin vəzifəsindən kənarlaşdırılması üçün Ukrayna səlahiyyətlilərinə təzyiq edib. Ağ Evin hazırkı sahibi bütün bunları inkar edir.
Bizim.Media