Suriya Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilərmi?

Hazırda oxunan: Suriya Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilərmi?

164098

Artıq xeyli vaxtdır ki, daxili hərbi qruplaşmalarla yanaşı, bir neçə xarici dövlətin də savaş poliqonuna çevrilən Suriyada vəziyyət gərgin olaraq qalmaqdadır. Xüsusilə də Rusiyanın bölgədəki iştirakı vəziyyəti həddindən artıq mürəkkəbləşdirib.

Rusyanın Suriyadakı hərbi iştirakı rəsmi Moskva üçün gözlənildiyindən də ağır nəticlərə səbəb ola bilərmi? Başqa sözlə desək, Suriynın Rusiya üçün ikinci Əfqanıstana çevrilməsi mümkündürmü?

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Suriyanı Əfqanıstan kimi xarakterizə etməyin mümkünlüyünə diqqət çəkdi:

“Təbii ki, Suriya bataqlıqdır. Ancaq Əfqanıstan daha böyük bataqlıqdır. Əfqanıstan sonu görünmyən bataqlıqdır. Suriya xalqı dünyəvi dəyərlərə meyilli, eyni zamanda vətənlərinə bağlı xalqdır. Lakin Suriya o dərəcədə pis vəziyyətə salınıb ki, bu problemlərin yoluna qoyulması üçün ən azı 700 milyard dollar pul tələb olunur. Üstəlik, əhalinin geri qaytarılması, məskunlaşmanın təmin edilməsi problemi də mövcuddur. Bu baxımdan Suriyanı ikinci Əfqanıstan kimi səciyyələndirmək mümkündür. Çox təəssüflər olsun ki, hər şey ”“ bütün bu oyunlar Suriya xalqının kasıb təbəqəsinin üzərində həyata keçirilir”x9d.

xa0

Seymur Əliyev

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin