ABŞ ordusu gələcək müharibələr üçün Dağlıq Qarabağdakı münaqişənin təcrübəsini öyrənir.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, ABŞ gələcəkdə hərbi əməliyyatlara daha yaxşı hazır olmaq üçün Qarabağdakı döyüş təcrübəsini örnək götürüb.
Belə ki, şəxsi heyət, zirehli texnika qarşısında həssas olan pilotsuz uçuş aparatlarının istifadəsinin yüksək səmərəliliyi nümunə gətirilib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Ordusu "Qarabağ müharibəsi dərslərində" sinifdə qaldı – “Foreign Policy” Vətən müharibəsindən yazdı
ABŞ ordusunun Asimmetrik Müharibə Qrupunun başçısı, polkovnik Skot Şounun sözlərinə görə, Azərbaycan türk Bayraktar TB2 pilotsuz təyyarələri və döyüş sursatlarını cəlb edərək müharibədə əhəmiyyətli uğurlar qazana bildi.
Eyni zamanda ordunun təchizatı ilə Ermənistan zirehli qüvvələrini asanlıqla məhv etdi.
Mütəxəssis xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev açıqlamasında Türkiyənin hərbi texnikaları sayəsində Ermənistanın 1-2 milyard dollardan çox olan texnika və silahlarının məhv edildiyini açıqlamışdı.
“Gələcəkdə müharibələrdə əhəmiyyətli rol oynayacaq məhz pilotsuz təyyarələrdir. Bunların hesabına ABŞ və ya Rusiya kimi tanınmış hərbi güclər deyil, eyni zamanda daha az maddi imkanları olan ölkələr də müasir hava qüvvələrinə sahib ola biləcəklər. Bu pilotsuz sistemlər çoxalacaq, çünki ucuzdur" deyə polkovnik əlavə edib.
Bütün bunları nəzərə alaraq Amerika ordusu döyüşə hazır vəziyyətdə olmaq üçün həm texnikasını, həm də hərbi münaqişələrdə iştirak strategiyasını dəyişdirməli olacaq”.
Alçina Amilqızı, Bizim.Media