İsrailin Baş naziri Benyamin Nitanyahu Qərb ölkələrini Qəzzada atəşkəsdən imtinaya, eləcə də HƏMAS-ın tamamilə məhv edilməsinə dəstək verməyə çağırıb.
Bu barədə Bizim.Media xarici mətbuata istinadən xəbər verir.
O, bəzi ölkələrdə "liderlərə atəşkəs üçün təzyiq edənlərin olduğunu vurğulayıb:
"Təzyiqlərə təslim olmayın. Bizim müharibə sizin müharibənizdir. İsrail özü və bütün dünya üçün qələbə qazanmalıdır".
“Ordumuza qarşı heç bir beynəlxalq təzyiq, heç bir saxta ittiham İsrailin özünü müdafiə etmək israrına təsir etməyəcək. İsrail lazım gəlsə, bütün dünyaya qarşı möhkəm dayanacaq”, - Netanyahu vurğulayıb.
Onun sözlərinə görə, ölkə hərbçiləri anklavın İsrailə qarşı terror hücumları həyata keçirməsinin qarşısını almaq üçün lazım olduğu müddətdə Qəzzada qalacaq.
"HƏMAS hərbsizləşdiriləcək. İsrail artıq Qəzza zolağı tərəfindən təhdid olunmayacaq və bunu təmin etmək üçün Müdafiə Qüvvələri oradan terrorun qarşısını almaq üçün lazım olan müddət ərzində Qəzzanın təhlükəsizliyinə nəzarət edəcək", - hökumət başçısı bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:48 / 12.11.2023
Netanyahu: “İsrail özü və bütün dünya üçün qələbə qazanmalıdır”
Hazırda oxunan: Netanyahu: “İsrail özü və bütün dünya üçün qələbə qazanmalıdır”
Hazırda oxunan: Netanyahu: “İsrail özü və bütün dünya üçün qələbə qazanmalıdır”
164000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.