Almaniya Ukraynaya hərbi yardımı ikiqat artırır – KİV 

Hazırda oxunan: Almaniya Ukraynaya hərbi yardımı ikiqat artırır – KİV 

163959

Almaniya hökuməti 2024-cü ildə Ukraynaya hərbi yardımı 4 milyard avrodan 8 milyard avroya çatdırmaq niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Almaniya Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinə Ukraynaya hərbi yardım üçün ilkin olaraq 4 milyard avro daxil edib, lakin onun hamısı artıq cari layihələrə ayrılıb, yeniləri üçün isə Müdafiə Nazirliyinə cəmi 120 milyon avro qalıb. Qurum əlavə 5 milyard avro tələb edib və bu həftə Nazirlər Kabineti 4 milyard avro ayırmağa qərar verib.
Bundestaqın Büdcə Komitəsi müvafiq dəyişiklikləri gələn həftə nəzərdən keçirmək niyyətindədir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin