İtaliyada leysan yağışları və daşqınlar fəsadlar törədib

Hazırda oxunan: İtaliyada leysan yağışları və daşqınlar fəsadlar törədib

163952

İtaliyanın Toskana regionunda leysan yağışları və daşqınlar nəticəsində 170 nəfər təxliyə edilib.

Bizim.Media xəbər verir ki, ölkənin şimal bölgələrində əlverişsiz hava şəraiti davam edir.

Toskanada leysan yağışları səbəbindən narıncı xəbərdarlıq elan olunub.

Regionun rəhbəri Eucenio Ciani əhalini maksimum ehtiyatlı olmağa, avtomobillə hərəkət etməməyə, binaların birinci mərtəbələrini boşaltmağa çağırıb.

Baqnolo çayının məcrasından çıxması nəticəsində bəzi kəndlərə sel gəlib, yollar su altında qalıb. Ağacların aşması nəticəsində azı 7 nəfər xəsarət alıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin