İsrail XİN başçısı Makronun atəşkəs çağırışına CAVAB verib

Hazırda oxunan: İsrail XİN başçısı Makronun atəşkəs çağırışına CAVAB verib

163881

İsrailin xarici işlər naziri Eli Koen Fransa Prezidenti Emmanuel Makronun Qəzzada atəşkəslə bağlı çağırışına cavab verib.

Bizim.Media xəbər verir ki, nazir “X” hesabında yazıb ki, bütün baş verənlərə, o cümlədən qırğına və Qəzza sakinlərinin iztirablarına görə məsuliyyəti HƏMAS və İŞİD daşıyır.
 

MÖVZU İLƏ BAĞLI:

Makron İsrail-HƏMAS münaqişəsi ilə bağlı ATƏŞKƏS çağırışı etdi


“HƏMAS və İŞİD Fələstinin ən böyük düşmənidir”, - E.Koen bildirib.

Nazir vurğulayıb ki, İsrail beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir:

“Biz HƏMAS-la İŞİD-i məhv edənə və girovlarımızı geri qaytarana qədər işimizi davam etdirəcəyik”.

Qeyd edək ki, daha əvvəl E.Makron İsraili atəşkəsə çağırmışdı.

Xatırladaq ki, bu il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS məhv edilənə qədər savaşın davam edəcəyini söyləyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin