ABŞ ilk dəfə olaraq nüvə silahı daşıya bilən yeni nəsil nüvə bombardmançı B-21 Raider-i nümayiş etdirdi.
Bizim.Media xəbər verir ki, “B-21 Raider” təyyarəsinin 2023-cü ildə havaya qalxacağı gözlənilir.
Həmin bombardmançıların ilk dislokasiya yeri Hərbi Hava Qüvvələrinin Cənubi Dakota ştatındakı “Ellsworth” bazası olacaq. Sonradan onlar Missuri ştatındakı “Uaytmen” və Texas ştatındakı “Dayse” aviabazalarına köçürüləcək.
Bizim.Media