Türkiyənin Baykar şirkəti tərəfindən milli və bənzərsiz olaraq hazırlanmış Bayraktar TB3 S/PUA 5-ci uçuş testini uğurla başa vurub.
Bu barədə Bizim.Media-ya Baykar şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Baykar tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən silahlı pilotsuz uçuş aparatı Bayraktar TB3-ün sınaq prosesi davam edir.
Milli PUA-nın orta hündürlükdə sistem performansının ölçüldüyü 5-ci uçuş sınağı Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Test Mərkəzində keçirilib. Bayraktar TB3 PUA, 5-ci sınaq uçuşu çərçivəsində orta hündürlükdə performans testi zamanı ilk dəfə eniş şassisi bağlı olaraq uçub. Milli PUA 6 saatlıq uğurlu uçuş sınağı nəticəsində daha bir mühüm uğur əldə edib.
Şirkətdən bildirilib ki, TEI tərəfindən yerli istehsal edilən PD-170 mühərriki ilə təmin edilmiş Bayraktar TB3 S/PUA, 4 noyabr 2023-cü il tarixində Mərmərə bölgəsini təsir edən və güclü cənub-qərb küləyinin yaratdığı çətin hava şəraitinə baxmayaraq, 3-cü uçuş testində 5 saatlıq uçuş həyata keçirib.
Qeyd edək ki, Bayraktar TB3 noyabrın 8-də keçirdiyi 4-cü uçuş testində 6 saat havada qalaraq yüksək və aşağı sürətlə sistem identifikasiya testlərini müvəffəqiyyətlə tamamlayıb.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Dünya
20:22 / 10.11.2023
“Bayraktar-TB3”ün 5-ci sınaq uçuşu uğurla həyata keçirilib - FOTO
Hazırda oxunan: “Bayraktar-TB3”ün 5-ci sınaq uçuşu uğurla həyata keçirilib - FOTO
Hazırda oxunan: “Bayraktar-TB3”ün 5-ci sınaq uçuşu uğurla həyata keçirilib - FOTO
163808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.