ABŞ prezidentinin iti daha bir nəfəri dişlədi

Hazırda oxunan: ABŞ prezidentinin iti daha bir nəfəri dişlədi

16348

ABŞ prezidenti Co Bayden və həyat yoldaşının “Major” adlı çoban iti Milli Park Xidmətinin əməkdaşını dişləyib.

Bizim.Media bu haqda məlumatı CNN telekanalı yayıb.

Mənbə yazır ki, hadisə bazar ertəsi günü Ağ Evin Cənubi Çəmənliyində baş verib.

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Senatında ermənilərlə bağlı Baydenə hücumlar başladı – “Siz bunu bir dəfə etmisiniz”


Birinci xanım Cill Baydenin mətbuat katibi Maykl Laros itin mühitə yenicə öyrəşdiyini deyib:

“Bəli, “Major” gəzərkən kimisə dişlədi. Kişi tibb işçiləri tərəfindən müayinə olundu və sonra işinə başladı”.

Bayden 3 yaşlı alman çoban itini 2018-ci ildən saxlayır. İt ilk dəfə bir nəfəri dişlədikdən sonra son iki həftə ərzində təlim keçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin