Bu ölkədə də məktəblər bağlandı – Koronavirusun günahı yoxdur

Hazırda oxunan: Bu ölkədə də məktəblər bağlandı – Koronavirusun günahı yoxdur

16323

Nepalda son günlər atmosferdə zərərli hissəciklərin miqdarının normadan xeyli çoxalması səbəbindən orta məktəblərdə dərslər 4 gün müddətinə təxirə salınıb.

Bizim.Media yerli KİV-lərə istinadla xəbər verir ki, Nepalın sürətlə böyüyən paytaxtı Katmanduda xüsusən hava çirkliliyi son illər ciddi problemə çevrilib.

 

MÖVZU İLƏ BAĞLI:

Karantin rejimi yenidən gücləndirilir - Özbəkistanda


Ölkənin Ətraf Mühit Departamenti bir kubmetr havada zərərli hissəciklərin miqdarının 214 mikroqrama (PM2.5) çatdığını açıqlayıb. Nepal hökumətinin bununla bağlı standartı 40 mikroqramdır.

Səhiyyə Nazirliyi əhalini ehtiyac olmadığı halda açıq havaya çıxmamağa çağırıb. Bu cür hava şəraitinin COVID-19 riskini çoxaltdığı da bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin