Аlmaniyanın “Wilhelmshavener Zeitung” qəzetində Kristel Rebmanın (Chrıstel Rebmann) müəllifliyi ilə “Küləklər şəhərində həyəcanlı günlər” adlı məqalə dərc olunub.
Bizim.Media xəbər verir ki, müəllif məqaləsində ölkəmizin paytaxtına turist səfərindən bəhs edir. O, səfərin müsbət təəssüratlarla zəngin olduğunu vurğulayır. Bakının həm gözəl müasir binalarla, həm də qədim tarixi əks etdirən tikililərlə zəngin olduğunu qeyd edir.
MÖVZU İLƏ BAĞLI:
Dünya kinematoqrafları ölkə rəhbərliyinə dəstək oldu
O, ölkəmizin paytaxtını geniş yaşıllıq ərazilərə və küçələrə malik, gözəl, müasir və geniş bir şəhər kimi xarakterizə edir.
Alman jurnalist həmçinin, ziyarət etdiyi İçəri Şəhər, Dənizkənarı Bulvar, Yanardağ, palçıq vulkanlarının mövcud olduğu ərazi, Nobel ailəsinin evi və yerli mətbəx barədə oxucuya geniş məlumat verir. Müəllif Bakının gələcəkdə Dubay şəhərinə rəqabət yaradacığını vurğulayır.
Bizim.Media