Dünyanın ən böyük yolkası quruldu

Hazırda oxunan: Dünyanın ən böyük yolkası quruldu

163086
Şri-Lankanın paytaxtı Kolomboda dünyanın ən böyük Yeni il ağacı düzəldilib.

Polad çubuqlar və məftillərdən hazırlanan və milyonlarla rəngli qozalar və yüz minlərlə işıqlarla bəzədilən yolkanın hündürlüyü 73 metrdir.

Müəlliflər bildirib ki, onlar bununla müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma simvolu yaratmaq istəyiblər. Onlar dünyanın ən hündür yolkasına görə hətta Ginnesin Rekordlar Kitabına müraciət göndəriblər.

Qeyd edək ki, buna qədər dünyanın ən hündür yolkası 2015-ci ildə Çinin Quançjou şəhərində olub. 53 metr hündürlüyündə olan yolka Ginnesin Rekordlar Kitabına düşüb.(axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin