Xorvatiyalı nazir rəsmi tədbirdə almaniyalı həmkarını ÖPDÜ – VİDEO   

Hazırda oxunan: Xorvatiyalı nazir rəsmi tədbirdə almaniyalı həmkarını ÖPDÜ – VİDEO   

162890

Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman Almaniyanın xarici işlər naziri Annalena Berbokdan “yersiz öpüş”ə görə üzr istəyib.  

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. 

Belə ki, Avropa İttifaqının və namizəd ölkələrin xarici işlər rəhbərlərinin Avropa İttifaqının genişlənməsinin müzakirəsinə həsr olunmuş Berlin sammitində medianın müzakirə obyektinə çevrilən insident baş verib.
Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman protokol fotosessiyası zamanı Almaniyanın xarici işlər naziri Annalena Berbokun yanağından öpərək nalayiq jest edib. Berbok isə dərhal həmkarının öpüşünüdən qurtulmağa çalışıb. 

Hadisə hər iki ölkənin mətbuatında əsas müzakirə mövzusuna çevrilib. Hətta Xorvatiya parlamentinin deputatı İvana Kekin nazirin hərəkətlərinin xorvat xalqını rüsvay etdiyini bildirib.

Artan narazılıqlardan sonra Qrlic-Radman artıq Almaniya Xarici İşlər Nazirliyinin rəhbərindən üzr istəyib. 

Qeyd olunur ki, insident xorvatiyalı nazirin fotosessiyaya gecikməsi və bu zaman həmkarını bu tədbir üçün standart tərzdə salamlamağa cəhd etməsi səbəbindən baş verib. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin