ABŞ Rusiya ilə güc mövqeyindən danışa bilməyəcək.
Bizim.Media xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov "Arqumentı və Faktı" qəzetinə verdiyi müsahibəsində Vaşinqtonla diplomatik münasibətləri kəsmə ehtimalını şərh edərkən söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Putinin sözçüsü: "Azərbaycanla əla etibarlı münasibətimiz var"
"Bu mümkün deyil. Amerikalılar mantra kimi təkrarlayırlar ki, hamı ilə güc mövqeyindən danışacaqlar. Nə Putin, nə də Rusiya rəhbərliyindəki başqaları amerikalıların və ya başqalarının bizimlə belə danışmasına icazə verəcəklər”, deyən Peskov ziddiyyətlərin olmasına baxmayaraq Rusiyanın ABŞ-la dialoq aparmağın vaciblini vurğulayıb.
Mətbuat katibi ABŞ lideri Co Baydenin son diplomatik olmayan çıxışlarına Vladimir Putinin reaksiyasını nümunə göstərib.
Ağ Evin sahibi ABC News-a verdiyi müsahibəsində Putinin ABŞ-da keçirilən son prezident seçkilərinə müdaxilə etdiyinə görə cavab verəcəyini söyləyib və Rusiya liderini "qatil" adlandırıb.
Buna cavab olaraq Putin Baydenə can sağlığı arzulayıb və digər insanları qiymətləndirən zaman ona güzgüyə baxmağı təklif edib.
Bundan əlavə, Putin Baydenə müzakirəni canlı olaraq davam etdirməsini məsləhət görüb və tez bir zamanda söhbətə başlamağa çağırıb.
Bizim.Media