Bayden İsrailə yardımdan BOYUN QAÇIRIR – Savaşın gedişatı DƏYİŞƏCƏK?

Hazırda oxunan: Bayden İsrailə yardımdan BOYUN QAÇIRIR – Savaşın gedişatı DƏYİŞƏCƏK?

162464

Ağ Evin Büdcə İdarəsinin məlumatına görə, ABŞ Nümayəndələr Palatası İsrailə yardımın ayrılması ilə bağlı qanun layihəsini qəbul edərsə, o zaman prezident Co Bayden belə bir qərara veto qoyacaq.

ABŞ administrasiyası hesab edir ki, İsrail və Ukraynaya 105 milyard dollarlıq yardım tələbini bölüşdürməyi təklif edən respublikaçı konqresmenlər ikitərəfli əsasda nəzərdən keçirilməsi zəruri olan məsələni siyasiləşdirirlər.

Ağ Ev vurğulayıb ki, İsrailə yardım tələbinin digər milli təhlükəsizlik prioritetlərindən ayrılması qlobal nəticələrə səbəb olacaq. Ona görə də Baydenə belə bir layihə təqdim olunarsa, ona veto qoyacaq.

Qeyd edək ki, Prezident Co Bayden Vaşinqtonun əsas müttəfiqinə dəstək göstərmək məqsədilə Tel-Əvivə səfərdən qayıtdıqdan bir gün sonra Ağ Evdən Amerika xalqına müraciətində müharibə səyləri fonunda Ukrayna və İsrailin maliyyələşdirilməsinə dəstəyi davam etdirməyə çağırıb. Yəni Ağ Ev İsrail və Ukraynaya yardım paketinə bir yerdə baxmağı tövsiyyə edib. Konqresin respublikaçı çoxluğu isə İsrailin maliyyələşdirilməsi məsələsinə ayrıca baxmaq niyyətini bildirib.

Co Bayden sözügedən məsələyə veto qoyarsa, Yaxın Şərqdə savaşın seyri necə dəyişəcək? 

Bizim.Media-ya açıqlamasında politoloq Əziz Əlibəyli bildirir ki, ABŞ Prezidentinin sözügedən məsələyə veto qoyması belə, Yaxın Şərqdə savaşın seyrini dəyişə bilməyəcək: 

“Hətta ABŞ-ın israilə yardım məsələsinə bu ölkənin dövlət başçısının veto qoyması belə. Bu zaman sadəcə olaraq, İsrailə yardım ayrılmasının taleyində nəsə dəyişə bilər.

Yaxın Şərqə humanitar və hərbi yardımın göndərilməsini təkcə hökumət və ya konqres həyata keçirmir. Bu dövlət tərəfindən həyata keçirilən yardımların verilib-verilməməsi aspektinə bağlıdır. 

Böyük korporasiyalar, silah satışı şirkətlərinin onsuz da konfidensial qaydada İsrailə böyük dəstəyi davam edir. Bu mənada Baydenin həmin məsələyə veto qərarı verməsinin Yaxın Şərqdəki savaşa birmənalı olaraq təsir göstərəcəyini düşünmürəm”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin