İsrail ordusu HƏMAS-ın bir neçə yüksək rütbəli komandirini öldürdü

Hazırda oxunan: İsrail ordusu HƏMAS-ın bir neçə yüksək rütbəli komandirini öldürdü

162174

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın bir neçə yüksək rütbəli komandirini öldürüb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son bir neçə saat ərzində İsrail Müdafiə Qüvvələri HƏMAS-ın bir neçə əsas döyüşçüsünü zərərsizləşdirib.

Bunların arasında HƏMAS-ın Mərkəzi bölməsinin Dəniz Qüvvələrinin komandiri Cəmil Baba, Ət-Tuffah batalyonunun tank əleyhinə bölməsinə rəhbərlik edən Məhəmməd Səfadi, HƏMAS-ın tank əleyhinə bölməsinin məşhur döyüşçülərindən biri Mumin Əl-Hicazi, eləcə də döyüşçülərin texniki-istehsalat hissəsində yüksək rütbə tutmuş Muhammed Avadallah olub.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin