ÜST-dən növbəti pandemiya ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: ÜST-dən növbəti pandemiya ilə bağlı XƏBƏRDARLIQ

162139

“Növbəti pandemiya hər an başlaya bilər”.

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Gebreyesus təşkilatın Cənub-Şərqi Asiya Regional Komitəsinin 77-ci sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, pandemiya və ya növbəti dəfə qlobal sağlamlıqla bağlı fövqəladə vəziyyət başlana bilər:

“2019-cu ildə də belə olmuşdu”.

Baş katibin sözlərinə görə, qlobal sağlamlıq naminə təşkilatlar arasında əməkdaşlığı inkişaf etdirmək üçün ideal vaxtdır:

“Bu, bizə mövcud çətinliklərin öhtəsindən gəlməyə kömək edəcək. İndi vaxt itirmək olmaz”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin