Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.
Bizim.Media Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, izdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarədir.
Hazırda hava limanının yaxınlığında toplaşan kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır. Kadrlardan göründüyü kimi, polis toplaşanlara müdaxilə etmir.
Bundan əvvəl izdiham İsraildən gələn şəxsi mühasirəyə alaraq pasportunu götürüb. O, yəhudi olduğunu etiraf edib və hava limanı ərazisindən çəkilməyib. Həmin şəxsdən sənədlərdən əlavə, telefon nömrəsini də tələb ediblər.
Bizim.Media