Netanyahu təhlükəsizlik xidmətlərini ittiham edən paylaşımını sildi

Hazırda oxunan: Netanyahu təhlükəsizlik xidmətlərini ittiham edən paylaşımını sildi

162008

İsrailin Baş naziri Benyamin Netanyahu tənqidlərdən sonra “X” sosial sosial şəbəkə hesabında təhlükəsizlik xidmətlərinə qarşı ittihamların yer aldığı paylaşımı silib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.

Qeyd olunur ki, Netanyahu HƏMAS hərəkatının yaraqlılarının hücumu barədə ona xəbərdarlıq etmədikləri üçün ölkənin təhlükəsizlik orqanlarını tənqid edib.

İsrail müxalifətinin lideri Yair Lapid qeyd edib ki, Netanyahu uğursuzluqlarda kəşfiyyat xidmətlərini günahlandıraraq “qırmızı xətti keçib”.
“Netanyahunun 7 oktyabrda baş vermiş dağıdıcı hücumda təhlükəsizlik və kəşfiyyat xidmətlərini günahlandıran şərhlərinə görə qəzəb artıb”, - nəşr yazıb.

Daha sonra Netanyahu bu postu hesabından silib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin