Ərdoğan vətəndaşları İstanbul Boğazına dəvət etdi - PARAD OLACAQ

Hazırda oxunan: Ərdoğan vətəndaşları İstanbul Boğazına dəvət etdi - PARAD OLACAQ

162007

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün vətəndaşları Cümhuriyyətin 100-cü ildönümü qeyd etmələri çərçivəsində İstanbul Boğazında keçiriləcək parada dəvət edib.

Bizim.Media xəbər verir ki, Prezident Ərdoğan bu haqda sosial media hesabında yazıb:

“Cümhuriyyətimizin 100-cü ildönümünün həyəcanını və qürurunu yaşadığımız bu tarixi gündə Boğazda pilotsuz təyyarələr, atəşfəşanlıq və işıq şouları nümayiş etdirəcək, 100 döyüş gəmisi və döyüş təyyarəmizlə möhtəşəm parad keçirəcəyik”.

Ərdoğan yerli saatla 16:00-dan başlayaraq yeddidən yetmişə qədər hər kəsi bayraqları ilə Boğaza dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin