Maskdan ironik İran paylaşımı - FOTO

Hazırda oxunan: Maskdan ironik İran paylaşımı - FOTO

161970

ABŞ-nin tanınmış iş adamı İlon Mask “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) ironik bir paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, İranın ABŞ ilə döyüşmək istədiyini bildirib.

Mask öz paylaşımında İran ərazisinin ABŞ bazaları ilə əhatə olunduğunu əks etdirən foto yayımlayıb.

Fotonun üzərində bu sözlər yazılıb: “İran müharibə istəyir. Görün, onlar öz ölkələrini bizim hərbi bazalarımıza nə qədər yaxın yerləşdiriblər”.
“Space X” şirkətinin baş direktoru amerikalı siyasətçilərin və medianın İranın guya ABŞ-ni təhdid etməsi ilə bağlı müxtəlif bəyanatlarını belə şərh edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin