Qəzza zolağı müharibə başlayandan bəri ən güclü raket hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
İsrail ordusunun Qəzzada quru əməliyyatına başladığı açıqlanıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media